Rocer Federeri tarixin ən yaxşı raketka ustası sayır

13:22 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın çex əsilli məşhur raketka ustası İvan Lendl tarixin ən yaxşı tennisçisini müəyyələşdirməyə çalışıb.

1980-ci illərdə ATP reytinqinin lideri olmuş İ.Lendlin fikrincə, Rocer Federeri hələ də zirvədən sıxışdıran yoxdur. “Bu statusa yiyələnmək üçün Novak Cokoviç, Rafael Nadal və Rocer Federer yarışırlar. Onlardan “Böyük dəbilqə” seriyasında hansı daha çox qalib gəlsə, o da tarixin ən yaxşı tennisçisi adlanacaq. Hələ ki, mübarizə davam edir və Federeri taxtdan salan tapılmayıb. Onların üçü də karyerasını bitirdikdən sonra konkret fikir bildirmək mümkün olacaq. Amma bir məqamı da unutmayaq ki, tarixin ən populyar tennisçisi ilə ən güclü tennisçisi anlayışlarını qarışdırmaq olmaz”, - deyə İ.Lendl əlavə edib.

Oxunma sayı 234