“Rolls-Royce” 9 min iş yerini ixtisar edəcək

15:19 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın “Rolls-Royce” aviamühərrik şirkəti 9 min iş yerini ixtisar edəcək.

Trend-in məlumatına görə, “Boeing 787” və “Airbus A350” kimi təyyarələri mühərriklə təchiz edən şirkət bu yolla ildə 1,6 milyard dollara yaxın vəsaitə qənaət etməyi planlaşdırır.

Şirkətin icraçı direktoru Uorren İst bəzi müəssisələrin bağlana biləcəyini də istisna etməyib.

Ümumilikdə “Rolls-Royce”un müəssisələrində 52 min nəfər işləyir.

Oxunma sayı 232