Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddətini uzadıb.
Hafta.az-ın verdiyi məlumata görə, “Rosaviasiya" koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların məhdudlaşdırılması haqqında qərarın müddətini avqustun 1-nə kimi uzadıb.
Federal Agentlik ölkənin hava limanlarına və aviaşirkətlərə teleqram göndərib. Həmin teleqramda xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə qadağının müddətinin uzadılması öz əksini tapıb.