Rusiyada bir gündə koronavirusa yoluxanların sayı 6000 nəfəri ötüb

14:52 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bir gündə koronavirus infeksiyasına yoluxanların sayı 6000 nəfəri keçib.

Hafta.az xəbər verir ki, ötən gün Rusiyada 6065 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Dünən bu göstərici 5905 nəfər idi.

Ümumilikdə, ölkədə COVID-19 xəstələrinin sayı 1 097 251 nəfərə çatıb. Bir gündə 5255 nəfər sağalıb, 144 xəstə vəfat edib. COVID-19 xəstəliyinə ən çox yoluxma paytaxt Moskvada qeydə alınıb – 825 nəfər.

Rusiya yoluxma sayına görə ABŞ, Hindistan, Braziliyadan sonra 4-cü yerdədir.

Oxunma sayı 1946