Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı

10:08 12.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Seçenov Universitetində ilk dəfə könüllülər üzərində yeni növ koronavirus (COVİD-19) peyvəndinin sınağı uğurla başa çatıb, insan sağlamlığı üçün təhlükəsiz olduğu müəyyənləşib.

Hafta.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tibbi Translasiya və Biotexnologiya Universitetinin direktoru Vadim Tarasov bildirib.

N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı peyvəndin sınağına iyunun 18-də başlanıb. Könüllülərin ilk qrupu iyulun 15-də, növbəti qrup isə  iyulun 20-də evə buraxılacaq. Tədqiqatların bu mərhələsi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini sübut etmək olub.

Oxunma sayı 867
Dünya rubrikasından digər xəbərlər