Yazını böyüt
Yazını kiçilt
Rusiyada ötən gün 19 290 koronavirus xəstəsi aşkar edilib.
Hafta.az xəbər verir ki, ölkədə xəstələrin ümumi sayı 3 738 690 nəfərə çatıb.
Bir gündə 19 003 nəfər sağalıb, 456 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 3 150 763 xəstə sağalıb, 69 918 nəfər ölüb. Hazırda ölkədə 518 009 nəfər COVID-19 xəstəsi var.
Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 2 382 nəfər artıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliyadan sonra dördüncü yeri tutur.