Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub

11:10 06.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 5-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin final görüşü keçirilib.

Hafta.az xəbər verir ki, həlledici mərhələdə rəqibi Anna Uşenina (Ukrayna) üzərində 7:5 hesablı qələbə qazanan rusiyalı şahmatçı Valentina Qunina turnirin qalibi olub.

Rusiyanın daha bir şahmatçısı Yekaterina Laqno isə Sarasadat Hademalşariehı (İran) 9,5:2,5 hesabla məğlub edərək üçüncü yerə sahib olub.

Qeyd edək ki, yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

Oxunma sayı 4311