“Sabah” klubu monteneqrolu futbolçu ilə birillik müqavilə bağlayıb

14:14 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Hafta.az kluba istinadla xəbər verir ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə birillik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan futbolçu karyerası ərzində “Rad” (Serbiya), “Zeta” (Monteneqro), “Radniçki” (Serbiya), ÇSKA (Sofiya, Bolqarıstan), “Unirea Alba Yulia” (Rumıniya), “Aberdin” (Şotlandiya), “Yavor” (Serbiya), “Şturm” (Avstriya), “Osasuna” (İspaniya), BSU (Çin) və “Lex” (Polşa) klublarında çıxış edib.

Müdafiəçinin sonuncu komandası Sloveniya “Domjale”si olub.

Oxunma sayı 8686