“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub

12:51 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” klubunda daha 5 futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisində ümumi yoluxma sayı artıq 8-ə yüksəlib.

Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodriges bir neçə gündür bu üzdən karantinə alınıblarsa, onlara artıq Nikola Vuyadinoviç, Ozan Can Kökçü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubemba da qoşulub. Son testin nəticələri adıçəkilən futbolçularda pozitiv çıxıb. Həmçinin Diniyev, Koçuk və Rodrigesin də cavabları yenə pozitiv olub.

Qeyd edək ki, Premyer Liqanın XII turunda dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” matçı təxirə salınıb.

Oxunma sayı 1319