Sabahın hava PROQNOZU

14:10 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 27-28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

Sosial rubrikasından digər xəbərlər