Sabahın hava proqnozu

14:00 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 765 mm civə sütunundan 759  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70, gündüz 35-40 faiz  olacaq.  

Oxunma sayı 1451
Sosial rubrikasından digər xəbərlər