Sabiq deputatın oğluna yeni vəzifə verildi

13:53 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq orqanlarında daha bir sıra kadr təyinatları olub.

 

Hafta.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev yeni təyinatlarla əlaqədar müvafiq əmrlər imzalayıb.

 

Baş Prokurorun müvafiq əmrləri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Kənan Əliyev Nəsimi rayonunun prokuror müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

 

Elgiz Qənizadə sabiq deputat Çingiz Qənizadənin oğludur. Elgiz Qənizadə bundan əvvəl Binəqədi rayon prokurorunun müavini idi.

Oxunma sayı 1945
Sosial rubrikasından digər xəbərlər