Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı

10:14 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda intihar hadisəsi baş verib.

Hafta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb. Kəndin sakini, 2004-cü il təvəllüdlü Əliyeva Məleykə Elşən qızı yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 2519