Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi

11:48 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda güllələnmə hadisəsi olub. Rayon prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 20-də saat 06 radələrində Sabirabad rayonu ərazisində baş verib,1986-cı il təvəllüdlü Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 1451