Salyanda 63 yaşlı kişini maşın vurdu

23:34 14.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunda Salyan şəhəri ərazisindəki “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 161