Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb

16:10 25.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan iki nəfər hündürlükdən yıxılıb.

Hafta.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadən bildirir ki, yıxılanlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.

Oxunma sayı 471