Şəhidimizin “Qalatasaray”la bağlı son istəyi yerinə yetirildi... - FOTO

13:38 24.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər.

Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağı da asılıb.

Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Galatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

Oxunma sayı 680
Sosial rubrikasından digər xəbərlər