Şəmkirdə yük avtomobili traktorla toqquşdu

13:24 10.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.