Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək

18:00 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya 2021-ci ilin əvvəlindən “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır.

Hafta.az-ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

O bildirib ki, bu borc ödəndikdən sonra Serbiyanın xarici borcu ümumi daxili məhsulun 58,5 faizinədk azalacaq.

Prezident əlavə edib ki, Serbiya borcunu bu ilin sonunadək, ən geci gələn ilin əvvəlinədək ödəyəcək.

Qeyd edək ki, Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın “AzVirt” tikinti şirkəti tərəfindən aparılırdı.

Oxunma sayı 1086