Sərhədlərin bağlanması iqtisadiyyatımıza təsir edəcək - EKSPERT

16:37 26.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun İran İslam Respublikasında yayılmasından sonra Azərbaycan bu ölkə ilə gediş-gəlişi məhdudlaşdırıb. Bu da öz növbəsində hər iki ölkə üçün bir sıra mənfi tazahürləri də ortaya çıxara bilər.

Bəs iqtisadi əlaqələrdə hansı təzahürlər meydana çıxacaq? Sərhədlərin bağlanması Azərbaycan üçün ciddi təhlükə yarada bilərmi?

Hafta.az-ın sualını cavablandıran istisadçı alim, professor Fikrət Yusifov dedi ki, bu hal baş verəcəyi təqdirdə təbii ki, təsirləri də olacaq::

“Çin ilə bağlantısı olan bütün ölkələrin iqtisadiyyatına bu amilin təsir etdiyini gördük. Ona görə də, Azərbaycanla İran arasında sərhəd bağlanırsa, idxal-ixrac dayansa, o zaman müəyyən formada təsirlər meydana çıxacaq. Bunu indidən rəqəmlə təsvir etmək çətindir. Sadəcə bir müddətəndən sonra statistikaya baxanda aydın olacaq”.

Ekspert hesab edir ki, dünyanın aparıcı ölkələri virusun qarşısını almaq üçün bu istiqamətdə işləyirlər: “Məlumat yayılır ki, Çində və Amerikada virusa qarşı dərman tapılıb. Bu prosesin nə qədər sürəcəyi əsas şərtdir. Yaxın zamanlarda qarşısı alınacaqsa, heç bir alternativ varianta gərək qalmayacaq. Yox proses uzanacaqsa, o zaman ciddi işlər görülməlidir”.

İqtisadiyyat rubrikasından digər xəbərlər