Serolji testlər payızda aparılarsa, daha effektiv olacaq - Rəy

12:43 13.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bütün dünyada koronavirus pandemiyasına yoluxma faktları qeydə alınır. Əksər ölkələrdə yoluxma faizi azalsa da, hələ ki, tamamilə yox olmayıb. O cümlədən Azərbaycanda da yoluxmalar var.

Virusla mübarizədə görülən tədbirlərin effektivliyinin itirilməməsi, əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi məqsədilə yeni seroloji testlərin keçirilməsi vacibdirmi?

Bu barədə hafta.az-a danışan professor Adil Qeybulla dedi ki, seroloji testlərin keçirilməsi başqa bir vaxt üçün daha məqsədəuyğundur:

“Bu testlərin keçirilməsi üçün ferment analizləri təyin olunur. Payız vaxtı havaların soyuması nəticəsində soyuqdəymə də üzə çıxır. Qrip virusu ən çox payız aylarında meydana çıxır. Payızda seroloji testlərin keçirilməsi daha yaxşı olar. Əgər serolji testlər payızda aparılarsa daha effektiv olacaq. Bəzən olur ki, COVİD-19 diaqnozu qoyulur, amma başqa məsələlər də ortaya çıxmış olur. Ona görə bu testləri hər vaxt aparmaq düzgün deyil”.

Oxunma sayı 1994