Siz həqiqətən də bu millətə, bu xalqa və Azərbaycana gərəksiniz - ehtiyatda olan zabit Prezidentə yazır

17:10 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bu gün bəşəriyyəti ağır sınaq qarşısında qoyaraq dünyanı təhdid edən COVID-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün verdiyiniz qətiyyətli göstərişləriniz bizi əmin etdi ki, xalqımız bu virusdan az zərərlə qurtulacaq. Sizin COVID-19 pandemiyası dövründə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın etdiyiniz kömək sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır.

Möhtərəm cənab Prezident, əhaliyə göstərilən dəstək, verilən yardımlar və açılan yeni maska istehsalı müəssisəsi sübut edir ki, Siz həqiqətən də bu millətə, bu xalqa və Azərbaycana gərəksiniz. Bütün bu uğurlu işlərinizə görə şəxsən öz adımdan və ailəmin adımdan Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, bu şərəfli və çətin yolda Sizlərə uğurlar arzulayıram.

Hörmətlə,

Rəşidov Rüfət Əli oğlu, ehtiyatda olan zabit.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Oxunma sayı 185
Sosial rubrikasından digər xəbərlər