Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır - Vətəndaşlar Prezidentə minnətdardırlar

10:23 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Hörmətlə,

Əlizadə Orxan İsmayıl oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.  

***

Möhtərəm cənab Prezident.

Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi.

Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir.

Hörmətlə,

Mehnurə İsmayılova

Azərbaycan Respublikası, Zaqatala rayonu.   

***

Möhtərəm cənab Prezident.

Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz.

Hörmətlə,

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Mustafa oğlu Bayramov

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

***

Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən bu pandamiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririrk.

Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İlahə Paşayeva

Azərbaycan Respublikası, Goranboy rayonu, Muzdurlar kəndi.  

***

Möhtərəm cənab Prezident.

Məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq.

Hörmətlə,

Namidə Süleymanova

Aybəniz Kələşova

Xanım İsayeva

Azərbaycan Respublikası, Zaqatala rayonu.

***

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm.

Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Bədəlova Nurəngiz Hüseynxan qızı

Azərbaycan Respublikası, Biləsuvar rayonu.

Oxunma sayı 1886
Siyasət rubrikasından digər xəbərlər