Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir - Şamaxı rayon ağsaqqalları

15:57 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən səmərəli tədbirlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVID-19-dan ölüm sayı 10 minlərə çatdığı halda müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə təşəkkürümüzü bildiririk. Hətta belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır.

Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar.

Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Böyük hörmət və sevgi ilə,

Şamaxı rayon ağsaqqalları adından

Alacanov Mayıl Sadyar oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu 

Oxunma sayı 1862