Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq - Qax gəncləri Prezidentə yazırlar

11:06 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə də təxribatlar törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq.

Hörmətlə,

Həsilov Elvin Bəxtiyar oğlu

YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri

Azərbaycan Respublikası, Qax rayonu.

Oxunma sayı 851
Sosial rubrikasından digər xəbərlər