Sizin salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik - Salyan sakinləri Prezidentə yazırlar

11:30 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Möhtərəm cənab Prezident.

Salyan rayon sakinləri, o cümlədən Quyçu və Alçalı kənd ictimaiyyətinin üzvləri Sizin siyasətinizi həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir.

Son illər bizim kəndlərdə çiçəklənmə dövrü başlamış, məişət qayğılarımız xeyli azalmışdır. Artıq kənd sakinləri elektrik enerjisindən, təbii qazdan və içməli sudan fasiləsiz istifadə edirlər.

Sizin Salyan rayonuna, salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik.

Görülən işlər bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz.

Bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Ş.Zeynalov

Ə.Yolçiyev

R.İmanov

X.İsmayılov

V.Quliyev və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Quyçu və Alçalı kəndləri”.

Oxunma sayı 1819
Siyasət rubrikasından digər xəbərlər