Slovakiya – Azərbaycan oyununun vaxtı açıqlanıb

10:52 10.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Slovakiya və Azərbaycan komandaları arasında oyunun başlanma vaxtı müəyyənləşib.

Hafta.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.

Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Oxunma sayı 2765