SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

14:11 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “SOCAR Petroleum” Rumıniyada “Aral M.T.B.” şirkətinə məxsus 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib.

Hafta.az-ın məlumatına görə, Rumıniyanın Rəqabət Şurası icarə sazişini təsdiqləyib.

Qeyd olunur ki, Arad, Timiş və Sibiu bölgələrində yerləşən 6 yanacaqdoldurma məntəqəsi icarə müqaviləsi əsasında SOCAR tərəfindən istismar ediləcək:

“Aparılan təhlildən sonra məlum olub ki, bu saziş Rumıniya bazarında səmərəli rəqabət üçün maneə yaratmır”.

Qeyd edək ki, SOCAR hazırda Rumıniyanın 42 regionundan 21-də, o cümlədən Buxarestdə 44 yanacaqdoldurma məntəqəsinə malikdir.

Oxunma sayı 141