“Sumqayıt” “Qəbələ” oyununda bərabərlik

23:21 10.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyunu keçirilib.

Hafta.az xəbər verir ki, "Kapital Bank Arena"da təşkil olunan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahibləri vurub.  35-ci dəqiqədə "Sumqayıt" penaltidən yararlana bilməyib.

Əvəzində "Qəbələ"  40-cı dəqiqədə hesabı bərabərləşdirib.

İkinci hissədə tərəflərdən hərəsi 1 qol vuraraq yaşıl meydandan sülhlə ayrılıb.

Oxunma sayı 1918