Sumqayıtda ağır qəza - 3 ölü, 2 yaralı

10:14 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

Oxunma sayı 1029