Suraxanıda 2019-cu ilə yekun vuruldu

20:52 26.02.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

“Suraxanı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən islahatlar, ölkəmizin regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını, qarşıya qoyulan tapşırıqların icrasını  təmin edib.
2019-cu il ərzində rayonda sənaye məhsulunun istehsalı 392,9 milyon manat, nəqliyyat xidmətləri 13,5 milyon manat, rabitə xidmətləri 1,95 milyon manat, iaşə dövriyyəsi  20,3 milyon manat olub,  203,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 70,8 milyon manat investisiya cəlb edilib, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,157 milyard manatlıq əmtəə satılıb və  213,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib,  orta  aylıq  əmək haqqı  676 manat  təşkil  edib,  5280  yeni  iş yeri  açılıb.
2019-cu il ərzində Prezident dörd dəfə  Suraxanıya gəlib. Rayon rəhbəri qeyd edib ki, 2019-cu il ərzində  rayon yollarının əsaslı təmiri ilə bağlı irimiqyaslı işlərə başlanılıb və ümumilikdə 20 km. uzunluğunda yolda yenidənqurma işləri aparılıb.
Hesabat dövründə rayonun aidiyyəti idarələri tərəfindən  2 ədəd elektrik yarımstansiyasında transformatorlar daha güclüsü ilə əvəzlənib, 2520 metr kabel çəkilib, 17,5 km. qaz xətti çəkilib, əsaslı təmir olunub və ya dəyişdirilib, 25,3 min p.m. su və 2574 p.m. kanalizasiya xətti çəkilib, 2942 p.m. qəzalı su xətti və 35 ədəd siyirtmə dəyişdirilib, istilik sisteminə qoşulmuş 341 çoxmərtəbəli yaşayış binası, 19 məktəb, 18 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə  istilik  verilişi  təmin  olunub.
Rayon Məşğulluq Mərkəzində 4528  nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, qeydiyyata alınan vətəndaşlardan 1887 nəfəri işlə təmin olunub, 103  nəfər peşə hazırlıq kurslarına göndərilib, 236  nəfər özünüməşğulluq  proqramı üzrə təlimlərə  cəlb  edilib, onlardan  28  nəfəri   aktivlərlə  təmin  olunub..
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.

Sosial rubrikasından digər xəbərlər