Sutka ərzində İranda koronavirusdan 128 nəfər ölüb

17:21 13.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə olan məlumata görə, İranda 2089 nəfər koronavirusa yoluxub, 128 nəfər isə vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 402 min 29 nəfər, ölənlərin sayı isə 23 min 157 nəfərə çatıb.

Müalicəsi davam edən 3791 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 346 min 242 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildirlər.

Oxunma sayı 2522