Tanınmış idman şərhçiləri koronavirusa yoluxdu

15:10 06.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir".

Bunu hafta.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

N.Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq". 

Oxunma sayı 1842