Tələbələrimiz Kubanın Milli Qəhrəmanı Xose Marti Peresi yad ediblər

20:57 18.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Meksikanın ölkəmizdəki diplomatik nümayəndəliyi tərəfindən təşkil edilən viodekonfrans layihəsində iştirak edən Azərbaycan Dillər Universitetinin tələbələri Kubanın Milli Qəhrəmanı Xose Marti Peresin həlak olmasının 125-ci ildönümünü yad ediblər.

Hafta.az yazır ki, virtual görüşdə çıxış edən Kuba səfiri Alfredo Nieves Portuondo Kuba və Latın Amerikasının inqilabi təfəkküründə Xose Marti Peresin rolundan söz açıb. Kubalı diplomat tələbələrə, bütün insanların hüquq-bərabərliyi uğrunda, habelə Kubada müstəmləkə hakimiyyətinə qarşı mübarizənin sadiq müdafiəçisi olan Martinin köləlik, irqi ayrı-seçkilik və ictimai ədalətsizliyə qarşı necə mübarizə apardığını izah edib.

Eyni zamanda, cənab Portuondo öz çıxışında qeyd edib ki, Marti Meksika, Qvatemala və Venesuelada yaşadığı müddətdə bu xalqları bir-birindən fərqləndirən mədəniyyətləri ilə yaxından tanış olub və bütün kubalılarda beynəlmiləlçilik hissini oyadıb. 

Digər tərəfdən, qəhrəmanın anılmasında iştirak edən Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini azərbaycanlı tələbələrin Latın Amerikası ölkələrinin idealları, adət-ənənələri və mədəniyyəti haqqında məlumatlarının olmasını vacibliyini yüksək qiymətləndirib.

Səfir Labardini kubalı qəhrəmanın ömrünün son vaxtlarından bəhs edən “İki çay, mənşə” adlı sənədli filmin nümayişinə görə minnətdarlığını bildirib və gəncləri Latın Amerika xalqlarının tarixi ilə daha yaxından maraqlanmağa çağırıb.

Xatırladaq ki, XIX əsrin ən böyük Latın Amerikalı siyasi mütəfəkkirinə çevrilmək üçün yaşadığı dövrün hüdudlarını aşan, geniş dünyagörüşə malik bir kubalı - Kubanın Milli Qəhrəmanı Xose Xulian Marti Peres 1895-ci il may ayının 19-da döyüşdə həlak olub.

Oxunma sayı 408