Təmir sexində iki avtomobil yanıb

23:50 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədidə avtomobil təmiri sexində iki avtomobil yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda avtomobil təmiri sexində “BMW” və "Volkswagen" markalı iki minik avtomobilinin yük hissəsi və salonu yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 2683