Tərtərdə bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq ölüb

18:28 13.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Oxunma sayı 3445