Tərtərdə küp qəbirlər aşkar olunub

17:10 05.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub. Ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Hafta.az xəbər verir ki, həmin əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.

Oxunma sayı 3876