“Tondar” terror qruplaşmasının lideri Rusiyanın İrandakı konsulluğunu partlatmaq istəyib

14:06 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın xüsusi xidmət orqanları həbs etdikləri “Tondar” terror qruplaşmasının lideri Cəmşid Şarmahdın planlarını ifşa edib.

Hafta.az İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, C.Şarmahd 2018-ci ildə Tehranda keçirilən beynəlxalq kitab sərgisində kimyəvi maddə istifadə edərək terror aksiyası törətməyə cəhd edib. Bununla yanaşı, terrorçu Rusiyanın İranın Rəşt şəhərindəki baş konsulluğunu da partlamağa cəhd göstərib. Lakin kəşfiyyat orqanları terrorçunu ələ keçirə bilməsələr də, onun planından xəbərdar olub, terror aksiyasının qarşısını alıblar.

İran mətbuatı yazır ki, C.Şarmahdın Rusiyanın konsulluğunu partlamaq cəhdi onu deməyə əsas verir ki, o xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə edilirdi. İstintaq davam edir.

Oxunma sayı 2312