Torpaqlarımızın bütövlüyü uğrunda apardığınız mübarizəni alqışlayırıq - Ehtiyatda olan hərbçi Prezidentə yazır

18:17 20.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Torpaqlarımızın bütövlüyü uğrunda apardığınız mübarizəni alqışlayır, doğma yurdumuzun işğaldan azad edilməsi üçün hər an hazır olduğumu bildirmək istəyirəm.

Ehtiyatda olan hərbçi olsam da, bu günlər özümü əsgərlərimizin yanında hiss edirəm. Uzun illər boyu qazandığım təcrübəni paylaşmaq mənim Vətən qarşısında borcumdur.

Cənab Ali Baş Komandan, mən və ailə üzvlərim - müəllim işləyən qızlarım, iqtisadçı oğlum və tibb işçisi olan həyat yoldaşım uzun illərdir ki, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Apardığınız dönməz siyasətə görə Sizinlə daim fəxr etmişik, indi də edirik.

Vətən yolunda, dövlətimizin, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu bir daha bildirir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə

Əliyev Mürsəl İdris oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.

Oxunma sayı 2189
rubrikasından digər xəbərlər