Tramp “İnterpol” xətti ilə axtarışa verildi - Günün təzadları

19:27 29.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində “İnterpol” xətti ilə axtarış elan edildi.

Hafta.az xəbər verir ki, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib. Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilib.

Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.

Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

 

Cəlilabadda koronaviruslu xəstələrin qabları küçəyə atıldı

Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq fakt qeydə alındı.

Hafta.az  yazır ki, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.

Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.

 

Göbək rəqqasəsi milli dəyərləri tapdaladığına görə həbs edildi

Misirli estrada rəqqasəsi Sama əl-Masri sosial şəbəkələrdə əxlaqsızlıq  və mənəviyyatsızlııq təbliğ etdiyi üçün 3 il müddətinə azadlıqan məhrum olundu. 

Hafta.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb. Əxlaqsız rəqqasə aprel ayında sosial şəbəkələrdə yayılan video və fotolarının araşdırılması zamanı həbs olunmuşdu. Dövlət ittihamçısı materiallarda cinsi əxlaqsızlıq məzmunu tapıb. Üstəlik, 1800 dollar cərimə olunmuş  42 yaşlı rəqqasə iddiaları rədd edərək video-görüntülərin oğurlandığını və onun razılığı olmadan telefonunda yayımlandığını söyləyib.  27 iyun şənbə günü Qahirə Məhkəməsi qadının Misir ailəsinin prinsiplərini və milli dəyərlərini pozduğunu, əxlaqsızlığın təbliği üçün veb-sayt və sosial şəbəkələrdə hesablar yaratdığını və  onları idarə etdiyini  bildirib.  "Azadlıq və əxlaqsızlıq arasında çox böyük bir fərq var", -  rəqqasəyə qarşı  iddia qaldırmış parlament üzvü Con Tələt belə deyib. Onun sözlərinə görə, rəqqasə Əl-Masri və digər bu kimi “məşhur”  şəxslər sosial şəbəkələr vasitəsilə  milli ailə dəyər və adət-ənənələrini  məhv edir, həmçinin, qanun və konstitusiya ilə qadağan olunmuş tədbirlər  həyata keçirir.

 

Yevlaxda zirehli texnika “Niva” ilə toqquşdu

Azərbaycanda zirehli transportyor (ZTR) qəza törətdi. Hafta.az yazır ki, hadisə Yevlax rayonu ərazisində baş verib. Belə ki, iyunun 29-u səhər saatlarında ZTR dönmə əməliyyatını yerinə yetirən zaman qarşıdan gələn “Niva” markalı avtomobillə toqquşub.

Qəzanın görüntüləri internetdə təqdim edilib.

 

Ələtdə özünü polis kimi təqdim edib vətəndaşları postdan keçirən şəxs yaxalandı

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Hafta.az  yazır ki, bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidməti məlumat verib. Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci yəni dələduzluq maddəsi ilə həbs edilib.

 

Qobuda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı

Abşeronda bədbəxt hadisə baş verdi. Hafta.az xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib.

Oxunma sayı 2635