Trampın tibbi maska taxmamasının səbəbi açıqlandı

23:56 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın hər gün qoruyucu tibbi maskadan istifadə etməməsinin səbəbi açıqlanıb.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin aparat rəhbəri Mark Medouz jurnalistlərə açıqlamasında bu barədə danışıb.

Onun sözlərinə görə, Tramp hər gün koronavirus testindən keçdiyi üçün maska taxmasına ehtiyac yoxdur: “Taxdığınız maska digərlərini qoruyur, sizin şəxsi müdafiəniz üçün deyil. Tramp da, mən də bu səhər testdən keçmişik. Maska taxılması digərlərinin virusdan qorunması üçündür. Bu səbəbdən prezidentin maska taxmasına ehtiyac duymuram”.

Oxunma sayı 3090