Türkiyə Azərbaycana müdafiə sənayesi məhsullarının ixracını kəskin artırıb

15:44 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin ilk dörd ayı ərzində Türkiyə Azərbaycana müdafiə sənayesi və aviasiya məhsullarının ixracını artırıb.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyinin Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Məclisinin göstəricilərinə əsasən yayımladığı xəbərdə qeyd olunub.

Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Türkiyə Azərbaycana 117 milyon 315 min ABŞ dolları dəyərində müdafiə sənayesi məhsullarının satışını həyata keçirib. Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 8 milyon 872 min dollar təşkil edib ki, bu da 13,2 dəfə çoxdur.

Yanvar-aprel ayları ərzində Türkiyənin müdafiə sənayesi və aviasiya məhsulları ixracının ümumi dəyəri illik ifadədə 47,7% artaraq 949 milyon 744 min dollar təşkil edib. Hesabat dövründə Türkiyənin bu kateqoriyada ən çox məhsul ixrac etdiyi ölkə ABŞ olub - 386,1 milyon dollar. ABŞ-a ixrac əvvəlki illə müqayisədə 56% artıb. Azərbaycan Türkiyənin ixracında ikinci pillədə qərarlaşıb. Cari ilin ilk dörd ayında Türkiyədən ən çox müdafiə sənayesi və aviasiya məhsulları alan digər ölkələr BƏƏ (90 milyon 299 min dollar), Banqladeş (57 milyon 827 min dollar) və Almaniya (50 milyon 14 min dollar) olub. 

Oxunma sayı 451