Türkiyə Azərbaycana növbəti dəfə tibbi yardım göndərməyə hazırlaşır

11:28 06.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana böyük həcmdə növbəti tibbi yardım partiyasını göndərməyə hazırlaşır.

Hafta.az yazır ki, artıq bu müstəvidə prezident Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Azərbaycanla yanaşı daha üç qardaş türk dövlətinə - Şimali Kipr Türk Cümhuriyyəti, Qırğızıstan və Qazaxıstana da müəyyən həcmdə yardım göndəriləcək. 

Məlumata görə, Azərbaycana göndəriləcək yardım paketinə 30 ventilyasiya cihazı, 35 min xüsusi kombinzon geyim, 50 min N95 maska, 100 min cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və nəhayət, 40 min qutu dərman daxildir. 

Yardım partiyasının ən yaxın vaxtda Bakıya çatdırılması nəzərdə tutulub.

Oxunma sayı 6157
Siyasət rubrikasından digər xəbərlər