Türkiyə Superkuboku Qətərdə olacaq

11:47 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Superkuboku matçı Qətərdə keçiriləcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı qonşu ölkə mətbuatı yayıb.

Bildirilib ki, 2019/20 mövsümündə Super Liqanın çempionu ilə Türkiyə kubokunun sahibi Superkubokun qalibini müəyyən etmək üçün 2021-ci ildə Qətərdə üz-üzə gələcəklər.

Türkiyə Futbol Federasiyası həm koronavirus pandemiyası, həm də hava şəraiti səbəbindən həlledici görüşün gələn ilin yanvarında adıçəkilən ölkədə keçirilməsini qərara alıb. Superkubokun iştirakçıları ümumilikdə 1 milyon dollardan çox pul qazanacaqlar.

Qeyd edək ki, 2006-cı ildən təşkil olunan Türkiyə Superkubokunun ilk 3 qalibi Almaniyada müəyyənləşib. Həmin qarşılaşmalar Frankfurt, Köln və Duysburqda keçirilib.

Oxunma sayı 1299