Türkiyədə əhalinin xoşbəxtlik göstəriciləri araşdırılıb

17:58 26.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Statistika Komitəsi tərəfindən ölkə əhalisinin xoşbəxtlik göstəriciləri araşdırılıb.

Hafta.az xəbər verir ki, hesablamalara əsasən ölkə əhalisinin 52,4 faizi özünü xoşbəxt hiss edir. Onların əksəriyyəti sağlam, ali təhsil almış, ailəli şəxslərdir. Sorğuda iştirak edən 65 yaşdan yuxarı şəxslər isə xoşbəxtlik hissi keçirmədiklərini bildiriblər.

Türkiyənin ən xoşbəxt şəhərləri olaraq isə Sinop, Afyonkarahisar və Bayburt müəyyən edilib.

Siyasət rubrikasından digər xəbərlər