Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı

23:20 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə  koronovirus qurbanlarının sayı artdı.

Hafta.az xəbər verir ki, son sutkada COVID-19-dan  daha 76 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son 24 saatda 20023 şübhəli koronavirus testindən keçib, onlardan  3892 nəfərinin cavabı pozitiv çıxıb:

"Türkiyədə yeni növ koronavirusdan indiyədək 34 109 nəfər yoluxub. 725 nəfər isə virusdan dünyasını dəyişib. Hazırda virusa yoluxanlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib.  İndiyədək 228 868 nəfər testdən keçib və müalicə olunan xəstələr arasında irəliləyiş var. Bu gün müalicə olunan 256 xəstə evə buraxılıb".

Oxunma sayı 225
Dünya rubrikasından digər xəbərlər