Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu

21:59 10.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda zirehli maşının devrilməsi nəticəsində xüsusi təyinatlı iki polis zabiti həlak olub.

Hafta.az  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Həlak olan Adnan Qısarın cənazəsi Antalyada, Osman Gülün cənazəsi isə Qəhrəmanmaraşda dəfn olunub.

Hər iki dəfn rəsmi mərasimlə keçirilib.

Oxunma sayı 3030