Türkiyəli generallar Azərbaycanda

21:21 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana gəlib.


Hafta.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir.

Bundan başqa nümayəndə heyətinin tərkibində Türkiyənin  Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Hasan Küçükakyüz də var. 

Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi heyətini Azərbaycan Prezidenti  İlham Əliyevin də qəbul edəcəyi nəzərdə tutulur.

Bundan başqa türkiyəli generallar Azərbaycanın Müdafiə naziri və digər rəsmilərlə görüşəcək.

Həmçinin, nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Oxunma sayı 1059
Siyasət rubrikasından digər xəbərlər