Türkiyənin Aya Sofya qərarına Afinadan reaksiya

17:21 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aya Sofya ümumdünya irsi abidəsidir.

Hafta.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas deyib.

“ABŞ Dövlət Departamenti də daxil olmaqla, bir çox ölkələr Türkiyə ilə xristianlar arasında böyük bir emosional uçurumun yaranmaması üçün bu ölkəyə xəbərdarlıq edib”, - sözçü bildirib.

Qeyd edək ki, bu gün Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 1934-cü ildə qəbul edilən qərarın ləğv olunması ilə bağlı məhkəmə prosesi başa çatıb. Yekun qərar 15 gün ərzində elan ediləcək.

Oxunma sayı 1651
Dünya rubrikasından digər xəbərlər