Türkiyənin Sakarya vilayətində daha bir partlayış baş verib

16:04 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində şiddətli partlayış baş verib.

Hafta.az xəbər verir ki, Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem Yüce hadisə nəticəsində iki nəfərin həlak olduğunu bildirib.

İlkin məlumatda hadisənin iyulun 3-də baş verən partlayış nəticəsində tamamilə dağılan pirotexniki vasitələrin istehsalı zavodunun yük avtomobilində meydana gəldiyi, yaralıların olduğu deyilir.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xatırladaq ki, iyulun 3-də baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

Oxunma sayı 1877
Dünya rubrikasından digər xəbərlər